2023-cü ilin dekabrın 12-də Parisdə UNESKO-nun «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyası və 1999-ci ilin 2-ci Protokol Komitəsinin iclası keçirilib.
Ermənistannın Təhsil, Elm, İdman və Mədəniyyət Nazirliyindən bildirilib ki, iclas zamanı Ermənistan Respublikası 4 il müddətinə komitənin üzvü seçilib.
ER nümayəndə heyətinin üzvü Alfred Koçaryan qeyd edib ki, həm Dağlıq Qarabağda, həm Naxçivanda, həm də Azərbaycanın digər ərazilərində erməni mədəni irsinin məhv edilməsi və erməni izlərinin aradan qaldırılması haqqında çoxlu sübutlar var.
O qeyd edib ki, UNESKO-nun baş direktorunun təklif etdiyi və İkinci Protokol Komitəsinin dəstəklədiyi missiya son 3 ildə Azərbaycan tərəfindən rədd edilib.
Alfred Koçaryan vurğuladı ki, BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Azərbaycana yönəlmiş bəyanatında ermənilərin tarixi, mədəni və dini yer və obyektlərinin davamlı şəkildə dağıdılması və mənimsənilməsi nümunələrindən narahatlığını bildirdi. Bütün bunlar beynəlxalq insan hüquqları standartlarının pozulmasıdır.