Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhei Aİ Xarici İşlər Nazirləri Şurasının sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb və bu barədə özünün X mikrobloqunda yazıb.
“Biz münasibətlərimizi necə dərinləşdirmək barədə danışdıq. Mən sülh prosesinə qəti dəstəyimizi bildirdim. Biz Ermənistanla təhlükəsizlik, müdafiə, enerji, rabitə və ticarət sahələrində əməkdaşlığı modernləşdirməyə hazırıq”, - deyə Avropa komissarı yazıb.