Dekabrın 11-də ER Parlamentinin spikeri Alen Simonyan Fransanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Bertran Buixi qəbul edib. İclasda Ermənistan Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan iştirak edib.
Qonağı salamlayan ER Parlamentinin sədri AŞPA-da iki nümayəndə heyətlərimiz arasında qurulan isti münasibətləri və səmərəli əməkdaşlığı yüksək qiymətləndirib. Alen Simonyan həmçinin Bertran Buixin də fəal üzvü olduğu 97 deputatdan ibarət Fransa-Ermənistan dostluq qrupuna ermənipərəst fəaliyyətə görə təşəkkür edib.
Həmsöhbətlər ER-Aİ əlaqələrinin dərinləşməsi və möhkəmlənməsinə, vizaların liberallaşdırılmasına dair Ermənistan və Aİ arasında dialoqa, ikitərəfli iqtisadi əlaqələrin aktivləşdirilməsi imkanlarına, Ermənistanda demokratik proseslərin davamlı şəkildə həyata keçirilməsinə toxunublaar Bertrand Buixin fikrincə, baş verən ağır hadisələrə baxmayaraq, Ermənistanda demokratiyanın güclü və görünən olması ruhlandırıcıdır. Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Roma Əsasnaməsinin ER Parlamenti tərəfindən ratifikasiya edilməsini mühüm addım hesab edib.
Regional çağırışlardan danışan tərəflər Ermənistan və Azərbaycan arasında imzalanacaq Sülh müqaviləsi üzrə danışıqların gedişi, Azərbaycanda saxlanılan erməni əsirlərin dərhal geri qaytarılması, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Fransalı qonaq Fransanın Ermənistan-Fransa dostluğuna sadiq olduğunu və bu çətin anda Ermənistanın yanında olduğunu bir daha təsdiqləyib.