Qəzzada raket atəşi və küçə döyüşləri davam edir. İsrailin sərhəd bölgələrində də atışma səsləri eşidilir, İsrail-Livan sərhədində vəziyyət gərgindir, “Hizbullah” və TSAHAL da qarşılıqlı hücumlardan xəbər verir.
Həlak olanların sayı artır. Medianın məlumatına görə, son bir neçə saat ərzində Qəzza zolağında yüzlərlə dinc sakin həlak olub. Oktyabrın 7-dən indiyədək qurbanların sayı 17 mini, yaralıların sayı isə 46 mini ötüb. 1,9 milyon insan Qəzza zolağından didərgin düşüb.