Dekabrın 4-də səfir Anahit Harutyunyan Kanadada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin şərəfinə təşkil olunmuş qəbulda Kanadanın baş naziri Castin Trudo və xarici işlər naziri Melani Coli ilə görüşüb.
Bu barədə Ermənistanın Kanadadakı səfirliyi məlumat yayıb.
Səfir iki dövlət və xalq arasında gündən-günə möhkəmlənən münasibətlərə görə Ermənistanın minnətdarlığını bir daha təsdiqləyib.