ABŞ konqresmeni Frank Palon Ermənistan və Azərbaycan liderləri arasında əsirlərin azad edilməsi ilə bağlı əldə olunan razılığı irəliyə doğru atılan addım hesab edib.
“Mən şadam ki, Ermənistan və Azərbaycan 32 erməni əsirinin azad edilməsi ilə bağlı razılığa gələ bildilər. Bu, irəliyə doğru mühüm addımdır, lakin Qafqazda sabit sülhü təmin etmək üçün ABŞ təhlükəsizlik sektorunda Ermənistanı dəstəkləməlidir”, - Palon özünün X mikrobloqunda yazıb.