Birləşmiş Ştatlar Bakı və Yerevanın iki Azərbaycan və otuz iki Ermənistan hərbiçisinin azad edilməsi haqqında qərarını alqışlayıb.
"Bu öhdəlik etimadın möhkəmləndirilməsi üzrə vacib tədbirdir, belə ki, ölkələr sülh sazişinin yekunlaşdırılması və münasibətlərin normallaşdırılması üzərində işləyir", deyə Dövlət Departamentinin mətbuat katibi Metyu Millər bildirib.
"Sülh və Cənubi Qafqaz xalqlarının firəvan gələcəyi üçün zəmin yaradılması üzrə birgə səyləri üçün Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Paşinyana təşəkkür edirik. Birləşmiş Ştatlar möhkəm və layiqli sülhün əldə olunması üzrə səyləri qətiyyətlə dəstəkləməyə davam edəcək".