Dekabrın 8-də ER xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri səfir Vasilis Maraqosu qəbul edib. Bu barədə ER XİN məlumat yayıb.
İclasda ER-Aİ hərtərəfli tərəfdaşlığının gündəliyinə dair məsələlər müzakirə olunub.
ER xarici işlər naziri və Aİ səfiri Yerevan və Brüsselə son qarşılıqlı səfərlərin nəticələrini, müxtəlif formatlarda aparılmış müzakirələri yekunlaşdıraraq, siyasi və təhlükəsizlik, eləcə də sektoral istiqamətlər üzrə fəal dialoqdan məmnunluq ifadə edib və əməkdaşlığın dərinləşdirilməsi üçün gələcək addımları qeyd ediblər.
Planlaşdırılan tədbirlərə toxunulub. ER-də demokratik islahatların gedişi və onların Aİ-nin davamlı dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb, eləcə də insanlar arasında təmaslar kontekstində ER-Aİ vizalarının liberallaşdırılması üzrə dialoqun başlanmasının vacibliyi vurğulanıb.
Görüş zamanı Ararat Mirzoyan və Vasilis Maraqos Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində son hadisələrə, o cümlədən Ermənistanın baş naziri və Azərbaycan prezidentinin qərargahlarının dünənki birgə bəyanatına, etimad mühitinin yaradılmasına yönəlmiş atılan addımların həyata keçirilməsinə də toxunublar.