Ermənistan və Azərbaycanın münasibətlərin tənzimlənməsinə dair birgə bəyanatı Avstriya Xarici İşlər Nazirliyi tərəfindən müsbət qarşılanıb.
“Biz Ermənistan və Azərbaycanın münasibətləri tənzimləmək və sülh müqaviləsi imzalamaq niyyəti ilə bağlı birgə bəyanatını alqışlayırıq. Bu, bütün Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və rifahı üçün təkan olacaq. Biz Aİ ilə bu səyləri dəstəkləməyə hazırıq”, - deyə məlumatda bildirilir.