Parlamentin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sargis Xandanyan jurnalistlərlə söhbətində vasitəçilərin təşəbbüsü ilə müxtəlif platformalarda keçirilən görüşlərə toxunub.
“Hazırda tarix və şərtlərlə bağlı heç bir məlumat yoxdur, lakin Ermənistan həmişə xarici işlər nazirləri səviyyəsində danışıqların davam etdirilməsinin tərəfdarıdır və ümid edirik ki, ABŞ-dakı tərəfdaşlarımız kifayət qədər səy göstərəcək ki, Vaşinqtonda danışıqlar davam etsin”.
Danışıqların Moskvada aparılmasına gəlincə, Xandanyan qeyd edib ki, onlar üçün konkret tarixlər və təkliflər yoxdur.
“Brüssel və Vaşinqton platformaları ləğv edilməyib. əksinə, biz bu danışıqların davam edəcəyini gözləyirik”, - deyə Sargis Xandanyan bildirib.