Amerika Birləşmiş Ştatlarının Senatı Ukraynaya hərbi yardımın əlavə maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin səsverməyə çıxarılmasına mane olub.
ABŞ Konqresinin Senatında keçirilən prosessual səsvermə zamanı Ukrayna, İsrail və Tayvana kömək edən qanun layihəsi irəliləmək üçün kifayət qədər səs toplaya bilməyib.
Sənəddə 106 milyard dollar məbləğində əlavə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulurdu. Bu məbləğin 61 milyard dolları Ukraynaya yardıma yönəldilməli idi.