Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Bakı ilə dostluq Tbilisi üçün strateji əhəmiyyət kəsb edir. O bildirib ki, Gürcüstanın Avropaya inteqrasiyası Azərbaycan üçün də önəmlidir.
“Çox yaxşı haldır ki, bizim üçün dost ölkənin prezidenti İlham Əliyev bizim Avropaya inteqrasiyamızı bu prizmadan nəzərdən keçirir. Bizim Avropaya inteqrasiya yolunda irəliləyişimiz dost və qonşumuz Azərbaycan üçün də vacibdir. Əliyevin dediyi bəyanat isə çox maraqlı və önəmlidir”, - Kobaxidze bildirib.
Bakıda keçirilən konfransda çıxışı zamanı Əliyev bildirib ki, Azərbaycan Gürcüstana Aİ-yə daxil olmaq yolunda uğurlar arzulayır. Onun sözlərinə görə, Gürcüstan Aİ-yə üzv olduqdan sonra iki ölkə arasında münasibətlərdə heç nə dəyişməyəcək. Əliyev onu da qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında tərəfdaşlıq bu ölkələri Avropaya vahid, strateji əhəmiyyətli komanda kimi təqdim etməyə imkan verib.