“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) iclaslarında Ermənistan nümayəndə heyətinin iştirak etməməsi vahid hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı qərara təsir etməyəcək”.
Bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
“Yerevanın iştirak etməməsi kollektiv sənədlərin qəbul edilməsi proseslərinə maneə törətmir”, - o bildirib.
Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT PA-nın dekabrın 19-da Moskvada keçiriləcək iclaslarında iştirak etməyəcək.