ER Təhsil, Elm, Mədəniyyət və İdman nazir müavini Daniel Danielyan Suriya Ərəb Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nora Arisyanı qəbul edib.
Suriya Ərəb Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nora Arisyan bildirib ki, Suriya hökuməti həmişə erməni mədəniyyətinə yüksək qiymət verib.
“Ermənistan regionda sülhün bərqərar olunmasında çox mühüm rol oynaya bilər. Suriya bu məsələdə Ermənistanı dəstəkləməyə hazırdır, çünki biz incəsənətin müxtəlif sahələrində də əməkdaşlığımızı genişləndirməkdə maraqlıyıq”, - deyə Nora Arisyan bildirib.
Görüşün sonunda birgə festivalların, müsabiqələrin, mədəniyyət günlərinin təşkili imkanları müzakirə olunub.