ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller sülh prosesinə toxunub.
“Biz hesab edirik ki, Azərbaycanla diplomatik əlaqələrimizi dayandırsaq, bu, regionda sülh və təhlükəsizliyin bərqərar olması proseslərinə zidd olardı. Biz həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələrimizi davam etdiririk.
Son zamanlar jurnalistlərin həbsləri bizi narahat edir. Biz davamlı olaraq onları insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə çağırırıq. Biz həmçinin Ermənistanla sabit sülh əldə etməyə çağırırıq. Bu, bizim diplomatik fəaliyyətimizin mərkəzində qalan məsələdir”, - Miller burğuladı.