Azərbaycan prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakı ilə Vaşinqton arasında münasibətlərin əvvəlki səviyyəyə qayıtması barədə ona məlumat verəcək.
"Bu gün vəziyyət elədir ki, Ermənistanla sülh sazişinin vasitəçilik missiyasını Avropa İttifaqı həyata keçirir, digər istiqamət Moskvadır, ABŞ da var", - Əliyev deyib.
Onun sözlərinə görə, bu, ABŞ-la ikitərəfli münasibətlər tarixində ilk gərginlik halı olub. “Ölkələrimiz arasında strateji əlaqələr olub və indiki administrasiya onları məhv edib. Səbəbin nə olduğunu bilmirik. Amma ABŞ deyirsə ki, münasibətlər əvvəlki kimi olmayacaq, o zaman belə çıxır ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh prosesində vasitəçilikdən geri çəkilir”, - Əliyev bildirib.