Dekabrın 6-da Bişkekdə Ermənistan Respublikasının Qırğız Respublikasındakı səfiri Armen Qevondyan Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb. Bu barədə Ermənistanın Qırğızıstandakı səfirliyindən məlumat verilib.
Təkbətək söhbət zamanı Ermənistan-Qırğızıstan siyasi dialoqunun və ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, habelə hüquqi müqavilə bazasının genişləndirilməsi və mədəni-humanitar layihələrin geniş spektri nəzərdən keçirilib.
Görüşdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Qevondyan regional gündəliyin cari məsələlərinin müzakirəsi zamanı ER tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsinin əsas komponentlərini hərtərəfli təqdim edib.