“Sülh kəsişməsi” təkcə iqtisadi hesablama deyil. Bu, çox daha böyük və daha əhatəli layihədir. Bu barədə ER baş naziri Nikol Paşinyan “Parlament-Hökumət”in sual-cavab sessiyasında “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryanın sualını cavablandırarkən deyib.
Eyni zamanda qeyd edib ki, layihənin iqtisadi faydası ilə bağlı beynəlxalq təşkilat tərəfindən aparılan hesablamalar var.
Paşinyan vurğulayıb ki, layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı, çox böyük siyasi təhlükəsizlik əhəmiyyəti, regional əhəmiyyəti var. “Açıq yol daha yaxşıdır, yoxsa bağlı yol? Üzr istəyirəm, əgər buna görə də araşdırma aparmalıyıqsa, o zaman başqa araşdırmalara ehtiyacımız çıxa bilər”, - deyə baş nazir bildirib.