Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin müdafiə üzrə katib müavinin köməkçisi Laura Kuperlə görüşüb.
Görüşdə tərəflər ikitərəfli müdafiə əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edib və regionumuzun sabitliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı ikitərəfli birgə proqramların həyata keçirilməsi, sülhməramlı fəaliyyət çərçivəsində əməkdaşlıq və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi də aparılıb.