Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İsrailə Mossad xarici kəşfiyyat xidmətinin Türkiyə ərazisində Fələstinin Həmas hərəkatına qarşı mümkün hərəkətinin ciddi nəticələri barədə xəbərdarlıq edib. Nazirin açıqlamasını “TRT Haber” telekanalı yayıb.
Bazar ertəsi yerli media Türkiyənin Milli Kəşfiyyat Təşkilatının İsrail xüsusi xidmət orqanlarına respublika ərazisində HƏMAS fəallarının təqib edilməsinin nəticələri barədə xəbərdarlıq etdiyini bildirib. Xəbərdarlıq İsrailin Türkiyə və Qətər də daxil olmaqla, Fələstinin hüdudlarından kənarda HƏMAS üzvlərini hədəf almağı planlaşdırdığını elan etməsindən sonra edilib.