Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın təxribatına toxunub.
Qeyd edək ki, təxribat nəticədə bir erməni hərbçi həlak olub.
“Ermənistan və Azərbaycan sərhədində baş verən atışma və qurbanla bağlı narahatedici məlumat var. Aİ Bakı və Yerevanla daim əməkdaşlıq edir. Yerdə sülhün olması və danışıqlar masasında həlledici irəliləyişin əldə olunması çox vacibdir”, – Klaar yazıb.
Xatırladaq ki, dekabrın 4-də saat 14:35 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri Vayots Dzor ərazisində yerləşən erməni mövqelərini atəşə tutub, nəticədə ER Müdafiə Nazirliyinin hərbçisi ölümcül güllə yarası alıb.