İndoneziyanın Sumatra adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Üç nəfər sağ-salamat tapılıb.
12 nəfər isə itkin hesab edilir.
Qeyd edək ki, dekabrın 3-də Marapi vulkanında püskürmə baş verib. Təxminlərə görə vulkan 15 min metr yüksəkliyə kül püskürüb.