Azərbaycan və Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsini yeniləyəcək.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“BƏƏ-də Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizi, enerji dialoqumuzun digər prioritetlərinə dair səmərəli müzakirələr apardıq. Azərbaycan-Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsini yeniləməyi razılaşdırdıq”, - deyə nazir yazıb.
Avropa İttifaqının komissarı Kadri Simson da sosial şəbəkələrdə paylaşım edib.
“Görüşümüz enerji təhlükəsizliyi və bərpa olunan enerji sahəsində əməkdaşlığa həsr olunub. Bu sahədə ən son yenilikləri eşitmək sevindirici idi”, - paylaşımda deyilir.