Yerevan və Moskva dekabrın ortalarında Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər.
Bu barədə yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poğosyan məlumat verib.
“Yüksək Texnologiyalar Sənayesi Nazirliyi iki ölkənin müvafiq idarələri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlığa dair əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparılması xahişi ilə Rusiya tərəfinə rəsmi müraciət edib. Ermənistan və Rusiya arasında kütləvi telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4-cü və 5-ci bəndlərinin pozulması, habelə saziş üzrə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsləhətləşmələr dekabrın ortalarına planlaşdırılır”, - deyə o qeyd edib.