Azərbaycan Ermənistanla Azərbaycan arasında gözlənilən sülh müqaviləsi ilə bağlı erməni tərəfinin son təkliflərinə hələ ki, cavab verməyib.
Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Ermənistan tərəfi noyabrın 21-də 6-cı tövsiyələr paketini Bakıya göndərib. Bundan əvvəl baş nazir Paşinyan bəyan etmişdi ki, sazişin üç əsas prinsipi Azərbaycanla razılaşdırılıb, ona əsasən Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü 29800 və 86600 kvadratkilometr ərazilər çərçivəsində tanıyır, delimitasiya Alma Ati bəyannaməsi əsasında həyata keçirilir və regional kommunikasiyalar açılır.