ATƏT-in 30-cu Nazirlər Forumu çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Norveçin xarici işlər naziri Espen Bart Ayde ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tərəflər iki ölkə arasında münasibətlərin dərinləşdirməyə hazır olduqlarını qeyd ediblər. Onlar məqsədli, qarşılıqlı maraq doğuran, eləcə də işgüzar dairələr üçün cəlbedici istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Hər iki tərəf ER-Aİ tərəfdaşlığının bu və digər yollarla dərinləşməsinə əhəmiyyət verib.