Ermənsitanın Hindistandakı səfiri Vahaqn Afyan etimadnaməsini Hindistan Respublikasının Prezidenti Draupadi Murmuya təqdim edib.
Bu barədə ER XİN məlumat yayıb.
Hindistanın prezident sarayında keçirilən etimadnamələrin təqdimat mərasimindən sonra keçirilən təkbətək söhbət zamanı ER səfiri qeyd edib ki, Ermənistan Hindistanın tarixi, mədəni və sabit demokratik dəyərlərlə zəngin ənənələrinə, eləcə də inkişaf edən iqtisadi tərəqqini qeyd edən ikitərəfli əlaqələrə böyük əhəmiyyət verir.
Görüşdə Hindistan Respublikasının Prezidenti ermənilərin Hindistanın müxtəlif bölgələrində çoxəsrlik mövcudluğuna, son dövrlərdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində fəallığa və bir çox proqramlara gənclərin cəlb edilməsi üçün gələcək addımların atılmasının vacibliyinə toxunub.