BMT-nin Cenevrədəki ofisində daimi nümayəndəliyi olan Ermənistanın İsveçrədəki səfirliyi BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisinin Dağlıq Qarabağdakı mədəni və dini əhəmiyyətli yerlərin vəziyyəti ilə bağlı hesabatını dərc edib.
BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Azərbaycana ünvanladığı mesajda “ermənilərə məxsus mühüm tarixi, mədəni və dini yerlərin və obyektlərin davamlı şəkildə dağıdılması və mənimsənilməsi, Dağlıq Qarabağın tarixinin mütəşəkkil surətdə yenidən şərh edilməsindən, ermənilərin izlərini silməkdən, eləcə də o cümlədən regionda ermənilərə qarşı ayrı-seçkilik və insan hüquqlarının beynəlxalq standartları və beynəlxalq humanitar hüququn pozulması ilə həyata keçirilən təzyiqlərlə bağlı narahatlığını ifadə edib.
“İnsanlara, abidələrə və simvollara qarşı birgə hücumların, tarixin saxtalaşdırılmasının, yer adlarının silinməsinin və ermənilərlə bağlı neqativ söhbətlərin mədəni təmizləməyə çevrilə biləcəyi iddiaları məni xüsusilə narahat edir”, - deyə BMT-nin məruzəçisi bildirib.
O vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsi, Avropa Parlamenti və Avropa Şurası Azərbaycanda inkişaf edən, erməni mədəni irsini “Qafqaz albanlarının” irsi kimi təqdim etməyə çalışan ideologiyadan, eləcə də erməni irsini inkar edən revizionizm meylindən narahatlığını bildirib.