Moskva Yerevan müttəfiq hesab edir və ikitərəfli dostluq münasibətlərini inkişaf etdirməyi planlaşdırır.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi.
“Ermənistan məqsədyönlü hesab etdiyi dövlətlərlə ikitərəfli əlaqələri inkişaf etdirən suveren ölkədir. Bizim Ermənistanla münasibətlərimiz var. Və təbii ki, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir. Biz müttəfiqlik münasibətlərini inkişaf etdirməyə davam edəcəyik”, - Kreml mətbuat katibi bildirib.