ATƏT-ə sədrlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş dialoqun tərəfdarıdır. Bunu ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani deyib.
“Sədrlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əldə olunmasına yönəlmiş siyasi prosesin davam etdirilməsini dəstəkləyir”, - deyə o, təşkilatın xarici işlər nazirlərinin görüşündə bildirib və əlavə edib ki, ATƏT konstruktiv dialoq üçün platforma təklif edir.