Noyabrın 29-da Skopyedə ER xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borel ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Görüş zamanı ER-Aİ tərəfdaşlığı gündəliyinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Ararat Mirzoyan və Cozef Borel bu istiqamətdə mövcud perspektivləri və səylərinə toxunublar.
Yerevan və Brüsseldə Aİ və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilən səmərəli müzakirələrə də toxuulub.
Ermənistanın xarici işlər naziri və Aİ Nazirlər Şurasının ali nümayəndəsi Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ararat Mirzoyan Ermənistan Respubliaksının ərazi bütövlüyü və suverenliyinə, regionda davamlı sabitliyin bərqərar olmasına yönəlmiş istənilən iddiaların qarşısının alınmasının və diplomatik səylərinin vacibliyini vurğulayıb.
Bu kontekstdə nazir Mirzoyan “Sülh kəsişməsi” proqramını da təqdim edib.