Xarici işlər naziri Ararat Mirzoyan X mikrobloqunda bildirdi ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borel ilə görüşüb.
“Biz Ermənistan-Aİ tərəfdaşlığının gündəliyini və qarşımızda açılan perspektivləri müzakirə etdik. Biz ümumi dəyərlərimizə və vətəndaşlarımızın maraqlarına əsaslanaraq Ermənistanı Aİ-yə yaxınlaşdırmaq üçün birgə çalışırıq. Regional layihələrin, “Sülhün kəsişməsi”nin öz rolu olmalıdır”, - nazir qeyd edib.
Borel də öz növbəsində qeyd edib ki, ikitərəfli münasibətlərin dərinləşdirilməsi, Avropa İttifaqının dəstəyi, ATƏT-in işinin aktivləşdirilməsi məsələləri müzakirə olunub.
“Avropa İttifaqı Cənubi Qafqazda sabit və hərtərəfli sülhün əldə edilməsinə sadiqdir”,- Borel X mikrobloqunda yazıb.