Həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistanın baş nazirinin MDB sammitində iştirakı barədə bəyanatını şərh etməyib.
“Mənə elə gəlir ki, biz ümidlərə yox, konkret faktlara arxalanaraq reallığa əsaslanan mövqe formalaşdırmalıyıq. Gəlin müəyyən hərəkətləri gözləyək, sonra şərh verək”, - deyə Zaxarova bildirib.