İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayevlə də görüşüb.
ISNA xəbər agentliyi xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edib, regional problemlərin həllinə yönəlmiş mexanizmlər və ümumi təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Onu da qeyd olunub ki, Cəlali İranın etimadın yaradılması və regional münasibətlərin yaxşılaşdırılması istiqamətində prinsipial siyasətini vurğulayıb.
O, regionda sülh və sabitliyin möhkəmlənməsi üçün “3+3” formatının, eləcə də İran və Rusiya əməkdaşlığının əhəmiyyətini vurğulayıb.