Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün X mikrobloqunda Ankaraya səfərini müsbət qiymətləndirib.
“Ankaraya uğurlu səfərimdən sonra dünən Brüsselə qayıtdım. Aİ və Türkiyə üçün ortaq maraq kəsb edən, Cənubi Qafqaz regionuna, xüsusən də Ermənistan və Azərbaycan arasında sülh prosesinə aid məsələlər müzakirə edilib”, - Toivo Klaar yazıb.