Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla hələ telefonla əlaqə saxlamağı planlaşdırmır, halbuki Paşinyanın MDB-nin ilin sonunda Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-rəsmi sammitində iştirak edəcəyi gözlənilir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kreml nümayəndəsi xatırladıb ki, “dekabrın sonuna planlaşdırılan ənənəvi Yeni il qabağı tədbirlər sırf bayram xarakterli olmayacaq, onlar iş proqramı ilə işləyəcəklər. “Əgər cənab Paşinyan gəlsə, onu isə gözləyirlər, danışmaq üçün əla fürsət yaranacaq”, - deyə Peskov izah edib.
"Əgər dövlət başçıları daha tez görüşmək istəsələr, bu, onların qərarı olacaq", - prezidentin sözçüsü əlavə edib.