Noyabrın 29-da ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb. Bu barədə Təhlükəsizlik Şurasının Aparatından məlumat verilib.
Görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik və sabitliyin bir sıra məsələlərini müzakirə ediblər, onlar çərçivəsində tərəflər regional formatda əməkdaşlığa toxunublar.
Tərəflər Ermənistan-Gürcüstan ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.