Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan X mikrobloqunda xarici işlər naziri Mirzoyanın Skopyeyə səfəri barədə məlumat verib.
“Noyabrın 29-dan dekabrın 1-dək Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyanın paytaxtı Skopyeyə işgüzar səfərə gedəcək və orada ATƏT Nazirlər Şurasının 30-cu sessiyasında iştirak edəcək.
Səfər zamanı ikitərəfli görüşlər də planlaşdırılır”, - deyə mətbuat katibi yazıb.