Noyabrın 28-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Raymundas Lopatanın başçılıq etdiyi Litva-Ermənistan dostluq qrupunun nümayəndə heyətini qəbul edib. Bu barədə TŞ Aparatından məlumat verilib.
Həmsöhbətlər Ermənistan ətrafında yaradılmış təhlükəsizlik vəziyyətini müzakirə edib, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Armen Qriqoryan Ermənistanda həyata keçirilən demokratik islahatlar prosesini, o cümlədən demokratik təsisatların gücləndirilməsi, insan hüquqlarının müdafiəsini təqdim edib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.