Baş nazir Aparatının rəhbəri Araik Harutyunyan Gürcüstana işgüzar səfəri çərçivəsində bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə Ermənistan-Gürcüstan ikitərəfli əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, strateji məsələlər üzrə yüksək səviyyəli dialoq təkcə Gürcüstan və Ermənistana deyil, həm də bütün regiona xeyir verəcək.
Hər iki tərəfdən regionda sülh və sabitliyin təmin edilməsi vurğulanıb. İrakli Qaribaşvili vurğulayıb ki, Gürcüstan regionda sülh və sabitliyə yönəlmiş prosesləri dəstəkləməyə hazırdır.
Görüşdə iki ölkə arasında dostluq münasibətlərinə dair digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.