Noyabrın 27-də Avropa Xarici Fəaliyyət Xidməti ilə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları, Miqrasiya və Daxili İşlər, Araşdırma və İnnovasiyalar və Beynəlxalq Tərəfdaşlıq Baş Direktorluqlarının birgə nümayəndə heyətinin Ermənistana səfəri başlayıb.
Səfərin ilk günü nümayəndə heyətinin üzvləri xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan tərəfindən qəbul edilib.
Bu barədə məlumatı ER XİN yayıb.
Görüş zamanı ER-Aİ tərəfdaşlığı gündəliyinin məsələləri, o cümlədən ER-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Sazişinin icrası, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, mövcud potensialın reallaşdırılması imkanları ətrafında geniş müzakirələr aparılıb.
Paruyr Hovhannisyan həmsöhbətlərə Ermənistan ətrafında yaradılmış təhlükəsizlik vəziyyətini, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və regional kommunikasiya yollarının açılması istiqamətində atılan addımları, eləcə də Aİ-nin Ermənistandakı monitorinq missiyasının əhəmiyyətini hərtərəfli təqdim edib.