İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Ermənistandakı səfiri Mehdi Sobhani və Azərbaycandakı səfir Abbas Musəvi ilə görüşüb.
İranın xarici işlər naziri X mikrobloqunda yazıb ki, görüş zamanı iki şimal qonşu dövlətlə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, İran İslam Respublikasının xarici siyasətində Cənubi Qafqaz regionuna ciddi diqqət yetirilir.
“Diplomatik korpusun diqqəti xarici müdaxilə olmadan bu regionda daimi sülh və sabitliyin bərqərar olmasına və əlaqələrin inkişafına yönəlib”.