ER ordusunda, silahlı qüvvələrində böyük islahatlar aparılır. Islahatlar beynəlxalq təcrübə öyrənilərək həyata keçirilir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ordunun vəziyyəti ilə bağlı məsələyə toxunaraq bildirib.
O qeyd edib ki, bu yaxınlarda 24 günlük təlim-məşq toplanışları mexanizmi tətbiq edilmişdir ki, onun da məqsədlərindən biri müəyyən mənada İsveçrə modeli istiqamətində getməkdir.
ER-nin Baş naziri həmçinin xatırladıb ki, attestasiya prosesi hərbçilərin maaşını xeyli artırır.