Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin ən böyük nailiyyətlərinə cavab olaraq qeyd edib:
“Aydındır ki, mən Ermənistanda demokratiyanı və beynəlxalq ictimaiyyət arasında Ermənistanın demokratik ölkə imicinin formalaşmasını ən böyük nailiyyət hesab etməliyəm. Üstəlik, kənardan baxanda biz çox müqavimətli dövlətik. İnsanlar deyir: o qədər sınaqlardan keçdin, demokratiya azalmadı. İqtisadi artım davam edir. 28 faiz artım əldə etdik”, - deyə o bildirib.