Hökumət əsirlikdə olan soydaşlarımızın geri qaytarılması istiqamətində hansı addımları atır? Bu sualı cavablandıran ER baş naziri Nikol Paşinyan deyib:
“Əsirlər məsələsi gündəlik diqqət mərkəzimizdədir. Təəssüf etməliyəm ki, bu məsələdən siyasi məqsədlər üçün istifadə olunur ki, bu da məntiqli deyil. Biz əsirlərin geri qayıtması üçün Azərbaycanla işləməyə hazır olduğumuzu və bu məsələdə çevikliyimizi ifadə etmişik: danışıqlar bir yoldur. Biz hətta ER-də məhkum olunmuş azərbaycanlıları “hamı hamıya qarşı” prinsipi ilə əsirlərlə mübadilə etməyə hazır olduğumuzu bildirmişik”.
Baş nazirin sözlərinə görə, ikinci istiqamət hüquqi yanaşmalardır, AİHM-ə və mümkün hüquqi instansiyalara müraciət edirlər, bir sıra hallarda təxirəsalınmaz tədbirlərin tətbiqi ilə bağlı qərarları var və təbii ki, istiqamətlərdən biri də beynəlxalq reaksiya, beynəlxalq ictimaiyyətin diqqətidir.
“Qardaşlarımız qayıdana qədər bu iş kifayət edə bilməz, mən də qane etmirəm ki, bu ana qədər nəticə əldə edə bilmirik, lakin bu bizi ruhdan salmamalıdır, mən əsir düşən qardaşlarımızın ailələrindən və onlardan üzr istəyirəm. Nəzərinizə çatdırım ki, 2020-ci ildən bəri yüzdən çox əsir geri qayıdıb”, - baş nazir bildirib.