ER baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinə toxunaraq deyib:
“Hazırda Azərbaycanın Ermənistanla üç prinsip əsasında sülh sazişi bağladığını son nəticədə təsdiq edib-etməyəcəyi bəlli və aydın deyil: bunlar danışıqlar zamanı razılaşdırılıb. Biz əminliklə deyə bilmərik ki, Azərbaycan sazişi imzalamaqdan imtina edir, lakin onun bu üç prinsipə sadiqliyini bir daha təsdiqlədiyini də əminliklə deyə bilmərik: danışıqlar zamanı bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var”.
Paşinyan qeyd edib ki, yaxın vaxtlarda ən azı xəritələr və sərhədlərlə bağlı belə bir müzakirə planlaşdırılır. Noyabrın 30-da delimitasiya komissiyasının işi formatında belə bir müzakirə olacaq.
“Məsələ burasındadır ki, indiyə qədər bizdə heç bir etimad yoxdur, baxmayaraq ki, o, Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, lakin bununla nə demək istədiyini dəqiqləşdirmək lazımdır. Bu dəqiqləşdirmə qarşıdan gələn danışıqlar proseslərinin əsas məsələsidir”, - deyə baş nazir bildirib.