Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bacı-qardaşlarımızın Dağlıq Qarabağa qayıtması və bu mövzu müxtəlif platformalarda, o cümlədən beynəlxalq platformalarda da müzakirə olunur. Bu mövzunu müzakirə edərək, həm də təhlil edərək başa düşürəm ki, bu gün həmin qayıdış real deyil, çünki 19 sentyabrdan sonra Dağlıq Qarabağdan olan qardaş və bacılarımızı Dağlıq Qarabağı tərk etməyə məcbur edən vəziyyət, həmin etnik mühit, təmizləmə və siyasət dəyişməyib, ona görə də bu gün insanların qayıdışı bu şəraitdə real olsaydı, heç oradan da getməzdilər.
"Bu mənada bir daha təsdiq etmək istəyirəm ki, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bacı və qardaşlarımızın geri qayıtmaq imkanı yoxdur. Bizim siyasətimiz ondan ibarətdir ki, onların ER-də qalması və ER-dən mühacirət etməsinlər",- deyə Paşinyan qeyd edib.