Noyabrın 22-də Dağlıq Qarabağdan məcburi köçkünlər üçün humanitar yardım daşıyan daha bir təyyarə “Zvartnots” hava limanına enib.
ER Daxili İşlər Nazirliyinin məlumatına görə, bu dəfə Rusiyadan Yerevana 40 ton humanitar yardım göndərilib. Yardım Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi ilə Ermənistana aparılıb.
“Aeroportda Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin də olub.
Dağlıq Qarabağdan məcburi köçkün və Ermənistana sığınan əhali üçün nəzərdə tutulan 40 tona yaxın humanitar yardıma qış ləvazimatları, ərzaq, elektrik avadanlıqları, gigiyena vasitələri və s. daxildir.
Yardım Daxili İşlər Nazirliyinin xətti ilə razılaşdırılacaq və tezliklə benefisiarlara çatacaq”, - deyə məlumatda qeyd edilir.