Noyabrın 22-də Avropa Şurası Nazirlər Komitəsinin iclası keçirilib. Siyasi məsələlərin müzakirəsi zamanı Ermənistanın Nazirlər Şurasındakı daimi nümayəndəsi səfir Arman Xaçatryan Dağlıq Qarabağ erməniləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr tarixli qərarının təfərrüatlarını və Azərbaycanın hüquqi öhdəlikləri Nazirlər Komitəsinə təqdim edib.
Səfir Xaçatryan Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması, regionda sülh və sabitliyin bərqərar olması üçün səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiqləyib.
Ermənistan səfiri bildirdi ki, Ermənistan noyabrın 21-də münasibətlərin tənzimlənməsinə dair sazişin erməni tərəfinin 6-cı readksiyası Azərbaycana verib.
Səfir münasibətlərin tənzimlənməsi üçün əsas prinsipləri təqdim edib.
O, AŞPA-nın erməni məsələləri üzrə həmməruzəçilərinin noyabrın 6-8-də Ermənistana səfərinə toxunub.