Baş nazirin müavinləri Mher Qriqoryan və Tiqran Xaçatryanın Aİ-nin Ermənistanda akkreditə olunmuş rezident və qeyri-rezident səfirləri, həmçinin Aİ nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos ilə birgə görüşü keçirilib.
İclasın əvvəlində baş nazirin müavini Tiqran Xaçatryan Dağlıq Qarabağdan məcburi köçkünlərin ilkin ehtiyaclarının həlli üçün hökumət tərəfindən həyata keçirilən tədbirləri təqdim edib. Tiqran Xaçatryan məcburi köçkünlər üçün işləməklə öz gəlirlərinin yaradılması üçün ilkin şərtlərin yaradılmasının vacibliyinə, habelə mənzillə təminat probleminin effektiv həllinin vacibliyinə toxunaraq, bu istiqamətlərdə Aİ dövlətlərinin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
Baş nazirin müavini Mher Qriqoryan həmkarlarına mümkün regional hadisələrin müxtəlif ssenariləri kontekstində Ermənistanı gözləyən mümkün çağırışları, onların aradan qaldırılması yollarını təqdim edib, həmçinin ER-Aİ münasibətlərinin gündəm məsələlərinə toxunub. Baş nazirin müavini ER-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin həyata keçirilməsini və Aİ-nin iqtisadi və investisiya planı çərçivəsində hazırlanmış birgə proqramların səmərəli həyata keçirilməsinin zəruriliyini xüsusilə vurğulayı. Mher Qriqoryan həmçinin Ermənistanın regionda sabit və davamlı sülhün bərqərar olması istəyini bir daha təsdiqləyib.
Görüş sual-cavab formatında davam edib.